Azərbaycana qayıtmaq istəyən sabiq "Qarabağ"lı rəmzi komandaya düşdü FOTO

11:11 - 30 Oktyabr 2018

Qazaxıstan Premyer Liqasında 31-ci turun simvolik heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, hesabat turunda millimizin üzvü Riçard Almeyda "Astana"nın heyətində "Tobol"la səfər matçında forma geyinməyib. Bu səbəbdən də milliləşən yarımmüdafiəçi simvolik komandada yer almayıb.

 

Əvəzində, "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Aktobe"də oynayan braziliyalı hücumçu Reynaldo Silva simvolik 11-likdə yer alıb. "Sports" nəşri "Kızıl-Jar"la oyunda yeganə qolun müəllifi olan 28 yaşlı forvardı rəmzi komandaya daxil edib. Onun Azərbaycana qayıtmaq istədiyi də bir daha qeyd olunub.

 

Qeyd edək ki, sona 3 tur qalmış "Astana" çempionluğu təmin edib.

 

Xəbər xətti