Rusiya Premyer Liqasında 12-ci turun ən yaxşı futbolçusu məlum olub.
Sportal.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, geridə qalan turun ən yaxşı oyunçusu "Rostov"un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev olub. Rusiyanın U-21 millisinin üzvü "Anji" ilə oyunda (1:0) 361 xal toplayıb. İkinci yeri "Lokomotiv"in portuqaliyalı hücumçusu Eder tutub (357 xal). “Dinamo”nun müdafiəçisi Sebastyan Holmen 341 xalla 3-cü olub.
Qeyd edək ki, "Rostov" Premyer Liqada 21 xalla 4-cüdür və lider "Zenit"dən 7 xal geri qalır.
saytlarin hazirlanmasi