Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
Sportal.az xəbər verir ki, iclasda I Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun VIII turunun “Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun 38 №-li futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydançada 2001 - ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Lakin “Səbail-2” komandası oyunun 90+2 - ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydançaya 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edir və “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verir.
I Divizionun VIII turunun “Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 41 №-li futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VIII turunun “Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılır, klub 400 manat cərimə olunur.
I Divizionun VIII turunun “Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun 63 №-li futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VIII turunun MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun 27 №-li futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VIII turunun “Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
Qeyd edək ki, "Səbail-2" ötən tur "Qarabağ-2" ilə oyunda heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət almışdı.
saytlarin hazirlanmasi