"Qarabağ"ın sabiq futbolçusu rekord göstərici ilə klub tarixinə düşdü

19:28 - 31 Oktyabr 2018

Ötən mövsümün qış fasiləsində "Qarabağ"dan ayrılaraq, Çinin I Divizion klubu "Hançjou Qrintaun"a keçən Dino Ndlovu klubun tarixinə keçib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu klubun heyətində 23 oyuna 19 qolla vurmaqla rekorda nail olub. Belə ki, Ndlovu klub tarixindən bir mövsüm ərzində ən çox qol vuran futbolçu olub.

 

Qeyd edək ki, "Hançjou Qrintaun" mövsümün başa çatmasına 1 tur qalmış 51 xalla 2-ci pillədədir. Komanda son turda qalib gəlsə, Çin Super Liqasına vəsiqə qazanacaq.

Xəbər xətti