“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Sportal.az xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə, “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:
I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 3 noyabr tarixindən 2 noyabr tarixinə keçirilsin. Görüş “Azersun Arena”da oynanılsın.
Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.
saytlarin hazirlanmasi