UEFA avrokubokların finallarına namizəd şəhərləri açıqladı

16:37 - 1 Noyabr 2018

UEFA 2021-ci ildə avrokubokların final oyunlarını qəbul etmək istəyən şəhərlərin adlarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki ki, Çempionlar Liqasının həlledici matçını qəbul etmək üçün Almaniya (Menhen) və Rusiya (Sankt-Peterburq) müraciət ediblər. 

 

Avropa Liqasının finalını təşkil etmək üçün Avstriya (Vyana, “Ernst Happel”), Gürcüstan (Tbilisi, “Dinamo-Arena”), İspaniya (Sevilya) yarışacaqlar.

 

UEFA Super Kubokunu keçirmək üçün Belarus (Minsk, “Dinamo”), Finlandiya (Helsinki, “Olimpiyski”), Şimali İrlandiya (Belfast, “Vindsor Park”) və Ukrayna (Xarkov, “Metallist”) mübarizə aparacaqlar.

Xəbər xətti