"Sportinq"in qapıçısı Rui Patrisiu yay transfer dönəmində müqaviləsini təktərəfli pozaraq, "Vulverhempton"a azad agent statusu ilə keçmişdi.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi Portuqaliya millisinin üzvü üçün "canavarlar"dan təzminat tələb etsə, rədd cavabı almışdı. Bu səbəbdən də klub FIFA-ya müraciət etmişdi. Qurum bu məsələni araşdırıb və "Vulverhempton"un "Sportinq"ə 18 milyon avro ödəməsiylə bağlı qərar verib.
Qeyd edək ki, "Sportinq" daha öncə "Atletiko"dan Jelson Martinşin təzminatına görə FIFA-ya müraciət etmiş və 30 milyon avro almışdı.
saytlarin hazirlanmasi