Himn zamanı üzünü qaşıyan futbolçuya 1 oyunluq cəza

18:08 - 1 Noyabr 2018

Çin Futbol Federasiyası “Şandun Lenun”un hücumçusu Dieqo Tardellini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq üzvü Super Liqanın 27-ci turunda "Şanxay SİPG"lə qarşılaşmada Çinin dövlət himni zamanı üzünü qaşıyıb. Bu hərəkəti federasiya milli dəyərlərə zidd olduğunu əsas gətirərək, Tardellini bir oyunluq cəzalandırıb.

 

"San-Paulu", "Anji", "Real Betis", PSV, "Flamenqo" kimi klublarda çıxış etmiş 33 yaşlı forvard 2015-ci ildə "Çin karvanı"na qoşulub.

Xəbər xətti