Atletikadan getdikdən sonra futbolçu karyerasına başlayan Useyn Bolt gündə bir klubun düşərgəsində vaxtını keçirir.
Sportal.az xəbər verir ki, əfsanəvi idmançı Avropada, Amerikada bir neçə klubda baxışda olduqdan sonra Avstraliya qitəsinə üz tutdu. Bolt "Mariners" klubunda 8 həftə baxışda oldu. Klub onun məşhurluğundan istifadə edərək, müqavilə təklif etsə də, təklif o qədər aşağı olub ki, Bolt rədd cavabı verməyə məcbur qalıb.
Qeyd edək ki, 32 yaşlı yamaykalı sprinter daha öncə Maltanın "Valetta" klubunun iki illik müqavilə təklifini rədd etmişdi.
saytlarin hazirlanmasi