Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa” ilə üz-üzə gəlib. Oyun "Krılya Sovetov"un 2:1 hesablı qələbəsiylə başa çatıb.
Əliyev matçın 56-cı, Şeydayev isə 70-ci dəqiqəsində meydana daxil olub.
“Krılya Sovetov” 13 turdan sonra 14 xalla 13-cü, “Ufa” isə 11 xalla 15-cidir.
saytlarin hazirlanmasi