Çexiyanın gənclər liqasında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Pribram”a 3:2 hesabı ilə qalib gəlib.
Nəbiyev start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Fərid hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qolunu vurub. Nəbiyev mövsüm ərzində vurduğu qolları 10-a çatdırıb. Gənc oyunçu bombardirlik yarışında liderliyə yüksəlib.
“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi