Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” U-21 yığmamızın üzvü Ozan Can Kökçünün komandasını - “Girəsunspor”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Dəniz 90-cı dəqiqədə meydana daxil olub. Ozan isə start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi. “Girəsunspor” isə 14 xalla 9-cudu.
saytlarin hazirlanmasi