Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Zonnenhof Qrossaşpax”a 1:3 hesabı ilə uduzub.
Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Komandasının yeganə qolunu da Dadaşov vurub. 28 yaşlı futbolçu 54-cü dəqiqədə fərqlənib. Bu, onun Bundesliqada 15-ci oyunda 7-ci qolu olub.
Dadaşovun komandası 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi