Latviya I Liqasında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” mövsümün son - 25-ci turunda “Tukums 2000” klubuna 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xallarını 67-yə çatdıran “Dauqavpils” çempionatın qalibi olub və elitaya yüksəlib.
Vüqar start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
Millimizin sabiq üzvü 31 qolla Liqa 1-də bombardir olub.
saytlarin hazirlanmasi