Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Spartak”la üz-üzə gəlib. Samara təmsilçisi oyunda hesabı açan tərəf olsa da, yekunda məğlubiyyətlə barışıb - 1:3.
Şeydayev oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb.
“Krılya Sovetov” 15 turdan sonra 14 xalla 13-cüdür.
saytlarin hazirlanmasi