Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Zenit”lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Ayaz matça start heyətdə başlayıb. O, 35 və 81-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalanaraq, meydanı vaxtından əvvəl tərk edib.
“Rostov” 23 xalla 5-ci pillədə qərarlaşıb. 34 xalı olan "Zenit" turnir cədvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi