Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” evdə “Karabükspor”a 6:0 hesabı ilə qalib gəlib.
Dəniz start heyətdə meydana çıxıb və sonadək oynayıb.
30 yaşlı forvard 25 və 76-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Yılmaz daha iki qolda da məhsuldar ötürmə müəllifi olub.
“Gənclərbirliyi” hazırda 34 xalla 1-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Dəniz Yılmaz cari mövsüm 9 oyuna (274 dəqiqə) 2 qol vurub.
saytlarin hazirlanmasi