Portuqaliya Sequndasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, U-21 millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” evdə "Farense"ni qəbul edib və 1-0 hesabı ilə qalib gəlib.
Dadaşov start heyətdə meydana çıxıb və sonadək oynayıb. Renat 87-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub. Milli üzvü 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Eştoril” 12 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi