Eddi İsrafilov da qol vurarmış

12:14 - 17 Dekabr 2018

İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

 

İsrafilov start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu 53-cü dəqiqədə Eddi vurub. 26 yaşlı futbolçu 44-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. 

 

Eddi İsrafilov sonuncu dəfə 2016/17 mövsümündə "Kadis"in heyətində qol vurmuşdu. 

 

Qeyd edək ki, “Alkorkon” 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider "Qranada"nın 37 xalı var.

Xəbər xətti