Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi heyətinə qatmağa yaxındır.
Sportal.az xəbər verir ki, Moskva təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu "Rostov"la razılıq əldə edib. "Spartak" Quliyevin keçidi üçün klubuna 60 milyon rubl (təxminən, 770 min avro) ödəyəcək.
Qeyd edək ki, Ayaz yayda yetirməsi olduğu "Spartak"dan "Rostov"a 500 min avro qarşılığında keçib. O, 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib.
saytlarin hazirlanmasi