Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" klubunda baş məşqçi axtarışındadır.
Sportal.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Roman Qriqorçukla yollarını ayırsa da, bunu rəsmi şəkildə elan etməyib. Ukraynalı mütəxəssi əvəzləyəcəyi gözlənilən Nenad Lalatoviçə rəsmi təklif ünvanlanıb. 41 yaşlı serbiyalı mütəxəssislə Belarusun "Dinamo" klubu da maraqlanır.
Qriqorçuk avqustda şəxsi işlərini əsas gətirərək, "Astana"dan ayrılıb.
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"ya "Qəbələ"dən ayrılaraq getmişdi.
saytlarin hazirlanmasi