MLS təmsilçisi "Monreal İmpakt"da çıxış edən Fransa millisinin sabiq üzvü Bakari Sanyanın gələcəyi bəlli olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə klub müqavilənin müddətini uzatmağa qərar verib. Sanya 2019-cu ilin dekabrına kimi MLS təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, "Oser", "Arsenal", "Mançester Siti", "Benevento" kimi klublarda çıxış edən Sanya bu ildən MLS-də oynayır.
saytlarin hazirlanmasi