AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Macarıstan yığmasının baş məşqçisi Marko Rossi növbəti ildəki hədəflərdən danışıb.
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yığmanı Avropa çempionatının final mərhələsinə çıxaracağına söz verməyib: "Xəyallarımızı gerçəkləşdirmək üçün sadiqlik, iradə və qətiyyət istisna olmaqla, heç nəyə söz verə bilmərəm. Eləcə də Avropa çempionatına vəsiqə qazanmağı da buna aid edirəm. Ancaq ümid edirəm ki, arzumuz çin olar və Budapeştdəki oyunlara çıxarıq".
Qeyd edək ki, Macarıstan seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Azərbaycanla birlikdə E qrupunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi