Hollandiyalı baş məşqçi Frank de Burun yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis son mövsüm MSL tarixində ilk çempionluğunu yaşayan “Atlanta”nın "sükanı arxası"na keçib. Bu barədə klub saytı məlumat yayıb. Mütəxəssisin ABŞ klubuyla müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, de Bur "Ayaks", "İnter", "Kristal Pelas" klublarını çalışdırmaqla yanaşı, Hollandiya millisində məşqçi olub.
saytlarin hazirlanmasi