Hollandiya futbolunun əfsanələrindən olan Yap Stamın yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı ölkəsində çalışacaq. O, Erediviziya təmsilçisi "Zvolle" ilə anlaşıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Stam bundan əvvəl "Ayaks”da köməkçi məşqçi funksiyasını yerinə yetirib. O, son olaraq, İngiltərənin "Ridinq" klubunu çalışdırıb.