Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına namizəd olan üç futbolçunu açıqlayıb.
Sportal.az xəbər verir ki, Sadio Mane ("Liverpul", Seneqal), Məhəmməd Salah ("Liverpul", Misir) və Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon) mükafatı qazanmağa namizəd oyunçulardır.
Ötən il də qitənin ən yaxşısı adına məhz bu futbolçular namizəd idi. Qalib isə Məhəməd Salah olmuşdu.
Qeyd edək ki, yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçiriləcək mərasimdə qalibin adı açıqlanacaq.
saytlarin hazirlanmasi