Mövsümün əvvəlində şəxsi işlərini səbəb göstərərək, "Astana"dan müvəqqəti ayrılan Roman Qriqorçukun gələcəyi sual altındadır.
Sportal.az xəbər verir ki, onun postundan qovulduğu, lakin klub rəhbərliyi ictimai qınağı nəzərə alaraq, qərarı açıqlamadığı barədə xəbərlər geniş şəkildə yayılmışdı. Qazaxıstan mətbuatında yeni yayılan məlumatlara görə 53 yaşlı mütəxəssis kluba qayıtmağa hazırlaşır. Məlumata görə, ukraynalı mütəxəssis yanvarın 15-də vəzifəsinə qayıdacaq. Müvəqqəti olaraq, baş məşqçi postunda olan Qriqori Babayan isə yenidən köməkçi olacaq.
Qeyd edək ki, Qriqorçuk ötən mövsümün sonunda "Qəbələ"dən ayrıldıqdan sonra "Astana"ya üz tutmuşdu.
saytlarin hazirlanmasi