"Liverpul"un və Norveç millisinin sabiq üzvü Con Arne Rizenin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, veteran futbolçu Maltanın "Birkirkara" klubunun idman direktoru təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 38 yaşlı sabiq müdafiəçi "Monako", "Liverpul", "Roma", "Fulhem", APOEL kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi