İspaniya Sequndasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Estremadura”ya 0-3 hesabı ilə uduzub.
İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb. 26 yaşlı futbolçu 87-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Alkorkon” 34 xalla Sequndanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi