Meksika millisində yeni baş məşqçi

00:48 - 8 Yanvar 2019

Meksika Futbol Federasiyası millinin yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda Xerardo Martinoya həvalə olunub. 56 yaşlı mütəxəssislə 2022-ci ilə kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, 56 yaşlı mütəxəssis son olaraq, MLS-in "Atlant Yunayted" klubunu çalışdırıb və komandanı tarixində ilk dəfə ötən mövsüm çempion edib.

Xəbər xətti