"Arsenal"dan ayrıldıqdan sonra bir müddətdir ki, işsiz qalan Arsen Venger üçün sürpriz iddia ortaya atıldı.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, Qətər Futbol Federasiyası yığmanın baş məşqçi postuna Arsen Vengeri gətirmək istəyir. Federasiya dünya çempionatında millinin baş məşqçi postunda Vengeri görmək üçün hərəkətə keçib. Məlumata görə, federasiya rəsmiləri fransız mütəxəssisin agentiylə görüşəcəklər. Xəbərdə qeyd edilib ki, Venger Qətərdə işləməyə müsbət yanaşır.
Qeyd edək ki, 69 yaşlı çalışdırıcı "Arsenal"da 1996-2018-ci illərdə baş məş məşqçi olub. Venger "topçular"a 3 Premyer Liqa çempionluğunu yaşadıb və 7 dəfə FA kubokunu qazandırıb
saytlarin hazirlanmasi