Pato Çin klubundan ayrılır

00:11 - 9 Yanvar 2019

Çinin "Tynaçzin Qoyançzyan" klubunun prezidenti Şu Yuhui həbs edilib. Buna onun sahib olduğu dərman firmasından istifadə bir qızın ölümü səbəb olub.

 

Sportal.az xəbər verir ki, məhkəməni uduzan klub başqanı həbs olunub. Baş verən hadisədən sonra isə onun klubunda ayrılıq xəbərləri yayılmağa başlayıb. Komandanın ulduzu Aleşandre Pato da ayrılmağa qərar verib. Çin klubu braziliyalı hücumçunun transferindən pul qazanmağı düşünür.

 

Qeyd edək ki, 29 yaşlı forvard "İnternasional", "Milan", "Korintians", "Çelsi" və "Vilyarreal" klublarında çıxış edib. Pato 2017-ci ildən Çin klubunda oynayır.

Xəbər xətti