Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun BƏƏ-dəki təlim-məşq toplanışındakı iki rəqibləri müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Samara təmsilçisi Slovakiyanın "Jilina" və Latviyanın "Riqa" komandaları ilə qarşılaşacaq.
"Jilina" ilə matç yanvarın 22-də, "Riqa" ilə qarşılaşma isə ayın 26-da baş tutacaq.
Qeyd edək ki, 22 yaşlı forvard 2017-ci ildə "Trabzonspor"dan "Jilina"ya icarə verilmişdi. O, Slovakiyada ölkə çempionluğu qazanmışdı.
saytlarin hazirlanmasi