Yaponiya millisinin sabiq üzvü Kazuyoşi Miura futboldan doymur.
Sportal.az xəbər verir ki, 51 yaşlı futbolçu 2005-ci ildən çıxış etdiyi "Yokohama" klubu ilə yeni müqavilə imzalayıb. Hücumçu yeni müqaviləyə əsasən daha bir il II liqa klubunun uğurları üçün çalışacaq. Yapon futbolçu bununla 34-cü mövsümünü keçirəcək.
Qeyd edək ki, Yaponiya millisinin heyətində 89 oyun keçirən Miura karyerası ərzində "Santos", "Palmeyras", "Koritiba", "Cenoa" və "Dinamo" (Zaqreb) kimi komandalarda çıxış edib.
saytlarin hazirlanmasi