Xorvatiyanın "Slaven Belupo" klubundan Polşa təmsilçisi "Medz"ə keçən bosniya və herseqovinalı futbolçu Bozo Musa Azərbaycandan təklif aldığını açıqlayıb.
Sportal.az "przegladsportowy.pl" saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yayda ölkəmizdən təklif aldığını deyib: "Bir tərəfdən təəssüf edirəm ki, kənara çıxmaq üçün gec qərar vermişəm, amma karyeramdan xoşbəxtəm. Yay aylarında Azərbaycanda Bakı klublarının birindən təklif olsa da, rədd etdim. Agentim İvan Udareviç mənə "Medz"dən təklif olduğunu dedi. Dekabr ayının sonlarında isə Polşaya gəlib transferi rəsmiləşdirdim".
Qeyd edək ki, Musa futbolçu karyerası ərzində yalnız Bosniya Herseqovina və Xorvatiya klublarında çıxış edib.
saytlarin hazirlanmasi