Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın "Krılya Sovetov" klubu Dubay toplanışında ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Samara təmsilçisi Şeydayevin sabiq komandası - "Jilina" ilə qarşılaşıb. Slovakiya klubu ilə matç "Krılya Sovetov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil start heyətdə meydana çıxıb və 45 dəqiqə mübarizə aparıb. İkinci hissədə komandanın bütün heyəti dəyişib.
saytlarin hazirlanmasi