8 ildən sonra millidən ayrıldı

12:33 - 29 Yanvar 2019

İran milli komandasının baş məşqçisi Karluş Keyruş yığmadan ayrılıb.

 

Sportal.az federasiyanın syatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Asiya kubokunun yarımfinal mərhələsində Yaponiyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında istefa verdiyini bildirib. O, yığmada işinin bitdiyini bildirib: "İran xalqına hər şeyin yaxşısını arzu edirəm. 8 ildən sonra artıq mənim burada işim bitib. Bu, artıq sondur".

 

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2011-ci ildən İran millisini çalışdırırdı.

Xəbər xətti