Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Latviya "Spartak"ı ilə qarşılaşıb və bu oyundan inamlı qələbə ilə ayrılıb – 5:2.
Ramil görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün bu gün "Kaysar"a (Qazaxıstan) qarşı keçiriləcək növbəti yoxlama matçında meydana çıxması gözlənilir.
saytlarin hazirlanmasi