Millimizin sabiq üzvü Amit Quluzadənin çıxış etdiyi Bosniya və Hersoqovinanın "Çelik" klubu baş məşqçisini dəyişib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Zenitsa şəhərinin təmsilsu türkiyəli baş məşqçi Adnan Örnəklə yollarını ayırıb. Baş məşqçi postuna digər türkiyəli mütəxəssis Cihat Arslan gətirilib. Son olaraq Türkiyənin "Akhisarspor" klubunu çalışdıran 49 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Amit Quluzadə keçmiş baş məşqçi Adnan Örnəkin istəyi ilə "Çelik"ə üz tutmuşdu.
saytlarin hazirlanmasi