Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Moskvada "Lokomotiv"in qonağı olub və 2:2 hesablı heç-heçə edib.
Millimizin üzvü matça start heyətdə başlayıb və 69-cu dəqiqədə hesab 1:2 olarkən komandasının bərabərlik qoluna imza atıb. "Krılya Sovetov"in ilk qolunda məhsuldar ötürməni Aleksandr Səmədov edib.
"Krılya Sovetov" Premyer Liqanın turnir cədvəlində 18 xalla 13-cü sırada qərarlaşıb.
saytlarin hazirlanmasi