Rusiya Premyer Liqasında 19-cu tur start götürüb.
Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov evdə autsayder "Yenisey"i qəbul edib.
Görüş Samara klubunun 4:0 hesablı qələbəsiylə başa çatıb. Şeydayev matçın 80-ci dəqiqəsində meydana daxil olub və 1 dəqiqə sonra "Yenisey"i məyus edib. Şeydayev matçda sonuncu qolun müəllifi olub.
22 yaşlı forvard ötən turda Moskvada "Lokomotiv"lə görüşdə komandasına 1 xal qazandıran qola imza atmışdı.
Bu nəticədən sonra "Krılya Sovetov" 21 xalla 16 komanda arasında 13-cüdür. Samaralıların 1 oyunu ehtiyatdadır.
saytlarin hazirlanmasi