Latviya yüksək liqasında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Tural Bayramlı, Elvin Sərkərov və Vüqar Əsgərovun çıxış etdiyi "Dauqavpils" klubu ilk turda "Metta"nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
U-21 millimizin üzvü Tural Bayramlı matça start heyətdə başlayıb və 86-cı dəqiqədə vurulan qolun məhsuldar ötürməsini verib. Tural 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Vüqar da oyuna start heyətdə başlayıb və 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb. U-21 yığmamızın futbolçusu Elvin isə 73-cü dəqiqədə meydana daxil olub və debütünü rəsmiləşdirib.
saytlarin hazirlanmasi