21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın sabiq üzvü Elnur Cəfərovun Latviyanın “Dauqavpils” klubundakı taleyi müəyyənləşib.
Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin bu klubda qalmayacağı artıq dəqiqləşib. Baxış müddətindən sonra Elnur düşərgəni tərk edib.
Qeyd edək ki, “Dauqavpils” klubunda Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlı kimi azərbaycanlı oyunçular çıxış edir.
saytlarin hazirlanmasi