Litva millisinin Azərbaycanla oyun üçün heyəti SİYAHI

15:19 - 12 Mart 2019

Litva millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq və 3 gün sonra Azərbaycanla yoxlama görüşü üçün heyəti açıqlanıb.

 

Sportal.az Litva Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, millinin çalışdırıcısı Valdas Urbonas 23 futbolçuya dəvət göndərib:

 

Qapıçılar: Ernestas Setkus (“Hapoel” Hayfa, İsrail), Dzyuqas Bartkus (“Hapoel İroni”, İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail);

 

Müdafiəçilər: Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva”), Rolandas Baravikas (“Jalgiris”), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (“Stumbras”), Linas Klimaviçyus (“Dinamo” Buxarest, Rumıniya), Valdemar Borovski (“Trakai”);

 

Yarımmüdafiəçilər: Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (“Trakai”), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (“Riterai”);

 

Hücumçular: Fyodr Çernıx (“Dinamo” Moskva, Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel” Təl-Əviv, İsrail), Paulius Qolubiçkas (“Suduva”).

 

Azərbaycan – Litva görüşü martın 25-də keçiriləcək. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Lüksemburq – Litva matçı isə martın 22-də, saat 23:45-də başlayacaq.

Xəbər xətti