FIFA klublar arasında keçirilən dünya çempionatının formatını dəyişib.
Sportal.az xəbər verir ki, FIFA-nın şurası ABŞ-ın Mayami şəhərində toplantı keçirib. Ali futbol qurumu 2021-ci ildən etibarən dünya çempionatında 24 klubun yarışacağını təsdiq edib. Yarış iyun-iyul aylarında təşkil ediləcək. Avropanın 8 klubu dünya çempionatında çıxış edəcək.
Turnirdə 8 qrup olacaq və hər qrupda 3 komanda yer alacaq. Qrup liderləri 1/4 finala yüksələcəklər.
saytlarin hazirlanmasi