İspaniya Sequndasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Tenerife” ilə 1:1 hesablı heç-heçə edib.
İsrafilov qarşılaşmanın 72-ci dəqiqəsində meydana daxil olub. Millimizin üzvü 85-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Alkorkon” 43 xalla Sequndanın turnir cədvəlində 10-cudur.
saytlarin hazirlanmasi