Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Kristian Panuççi ilə yolları ayırıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Albaniyanın AÇ-2020-nin seçmə mərhələsində evdə Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olmasından sonra federasiya belə qərar verib. Komandanı martın 25-də Andorra ilə keçiriləcək görüşə Ervin Bulku və Süleyman Mema hazırlayacaq.
Qeyd edək ki, italiyalı mütəxəssis 2017-ci ildən Albaniyanı çalışdırırdı.
saytlarin hazirlanmasi