Şapekoense qəzasında sağ qaldı, infarktdan vəfat etdi

11:11 - 27 Mart 2019

2016-cı ildə Braziliyanın "Şapekoense" klubu Kolumbiyaya aparan təyyarə dəhşətli qəzaya uğramışdı. 77 insandan yalnız 6 nəfər sağ qalmışdı.

 

Sportal.az xəbər verir ki, sağ qalanlardan biri jurnalist Rafael Henzel idi. 45 yaşlı həmkarımız ötən gün infarktdan dünyasını dəyişib. Həkimlər çox çalışsa da, jurnalisti həyatda saxlaya bilməyiblər.

 

Henzelin vəfatıyla bağlı "Şapekoense" klubu da məlumat yayıb və başsağlığı mesajı verib.

Xəbər xətti