Avstraliya millisinin sabiq futbolçusu Tim Keyhill karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə özü məlumat verib. Son olaraq, Hindistanın "Camşedpur" klubunun formasını geyinən forvard Avstraliya telekanalına açıqlamasında artıq futbol oynamaq üçün yaşlı olduğunu söyləyib.
Keyhill keryerasının ən yaxşı vaxtlarını İngiltərənin "Everton" klubunda keçirib. Avstraliya millisinin heyətində isə 108 oyuna çıxan hücumçu 50 qol vurub. O, milli tarixinin bombardiridir.
saytlarin hazirlanmasi