86 minlik stadionda keçirilən oyunu 30 azarkeş izlədi

17:09 - 31 Mart 2019

Misirin ən böyük derbisi sayılan "Əl-Əhli" - "Zamalek" matçı azarkeş amilinə görə diqqətdən yayınmayıb.

 

Sportal.az xəbər verir ki, 86 minlik azarkeş tutumuna malik olan "Borq-əl-Ərəb" stadionunda keçirilən görüşü cəmi 30 nəfər izləyib. Görüşdə isə hesab açılmayıb - 0:0.

 

Misir Futbol Federasiyasının idarə heyətinin üzvü Amir Hussien təhlükəsizlik səbəblərinə görə Qahirə derbisinə azarkeş buraxılmadığını deyib: "Təhlükəsizlik əməkdaşlarıyla danışandan sonra stadiona hər klubun 15 fanatını buraxmağı qərar verdik".

 

Qeyd edək ki, Misir çempionatında tez-tez azarkeşlər arasında iğtişaşlar baş verir.

Xəbər xətti